Skip

Planlar

Hər plan 15 günlük pulsuz sınaqla başlayır. Qiymət ABŞ dolları ilə göstərilir, ödəniş ödəniş günündəki məzənnə ilə manatla edilir.

Başlanğıc

Kiçik tikinti şirkəti üçün

$299/ay

  • Forma-2 idxalı və normalarla silgi
  • Obyekt üzrə anbar və təchizat
  • Mühasibat bölməsi: sizin mühasibiniz üçün ayrıca hesab açılır
  • PDF və Excel aktları, hesabatlar
  • Masaüstü proqram və 4 dil
  • Gündəlik ehtiyat surət
Bu planla başla

Korporativ

Böyük şirkətlər və holdinqlər üçün

Razılaşma ilə

  • Biznes planındakı hər şey
  • Şirkətinizin öz normalarının qurulması
  • Mövcud məlumatın köçürülməsi
  • Qiymət şirkətin həcminə görə razılaşdırılır
Bizimlə danışın

Tez-tez verilən suallar

Pulsuz sınaq necə işləyir?

Müraciət edirsiniz, şirkətinizi proqramda açırıq. 15 gün ərzində bütün bölmələr açıqdır, ilk ödəniş sınaq bitən gün olur.

Məlumatlarımız kimdə saxlanır?

Hər şirkətin məlumatı ayrıca saxlanır, digər şirkətlər onu görmür. Baza hər gün surətlənir. Abunəni dayandırsanız, məlumatlarınızın arxivini sizə veririk.

Normaları özümüz dəyişə bilərik?

Yeni norma təklif edə bilərsiniz, amma o, mənbə sənədi ilə yoxlanıb admin tərəfindən təsdiqlənəndən sonra tətbiq olunur. Norma və itki faizi heç vaxt təxmini yazılmır.

İnternet olmayanda işləyir?

Masaüstü proqramda son baxdığınız səhifələr internetsiz açılır. Yeni sənəd, idxal və təsdiq üçün internet lazımdır.

Öz obyektinizin sənədləri ilə yoxlayın

Bir Forma-2 faylı göndərin – demoda silgi aktının sizin materiallarınızla necə hazırlandığını göstərək.

Demo istə

Yeni versiya hazırdır

Proqramın yeni versiyası yayımlandı. “Yenilə” düyməsini basın – səhifə bir neçə saniyəyə yenilənəcək, heç nə yükləmək lazım deyil.

“Sonra” seçsəniz, 10 dəqiqədən sonra yenidən xatırladılacaq.