Skip

Proqramda nə var

Tikinti şirkətinin anbar və uçot işi üçün lazım olan bölmələr. Hamısı bir girişdə, obyektlər üzrə ayrılmış şəkildə.

Forma-2 və silgi

  • Excel-dən Forma-2 idxalı, obyekt və ay üzrə
  • Normalara görə avtomatik material hesabı
  • Ədəd, kisə, qutu yuxarı yuvarlaqlaşdırılır; kq, m, m² dəqiq qalır
  • Təsdiqdən əvvəl anbar dəyişmir, ikiqat silgi bloklanır
  • İmza yeri olan A4 silgi aktı (PDF) və Excel

Normalar kitabxanası

  • Hər norma mənbə sənədi ilə saxlanır
  • Sənəddən oxunan norma admin təsdiqləyənə qədər tətbiq olunmur
  • Armatur sinifləri: A240 = A-I, A400 və A500 = A-III
  • Oxşar adlar avtomatik tanınır, şübhəli hal admində qalır

Anbar və təchizat

  • Obyekt üzrə material qalığı və hərəkəti
  • Alış qaimələrinin Excel-dən idxalı
  • Vahidlərin çevrilməsi (m² ↔ 100 m², qalınlığa görə m³)

Mühasibat

  • Hesablar planı və jurnal yazılışları
  • ƏDV: əvəzləşdirmə, depozit hesabı, aylıq icmal
  • Əmək haqqı: aylıq tabel obyekt üzrə, bank və kassa ödənişi
  • Əsas vəsaitlər və amortizasiya
  • Mənfəət və əmlak vergisi, ödəmə təqvimi
  • Ayın bağlanması: problem varsa ay bağlanmır

İş rahatlığı

  • Windows və Mac üçün ayrıca proqram, internet olmayanda son səhifələr açılır
  • Azərbaycan, ingilis, rus və türk dilləri
  • Mühasib və rəhbərlik üçün ayrıca giriş

Proqramla iş belə gedir

Hər obyekt üçün eyni ardıcıllıq: sənəd daxil olur, material hesablanır, məsul şəxs təsdiqləyir, anbar və mühasibat özü yenilənir.

  1. Excel faylındakı işlər obyektə və aya görə proqrama düşür. Eyni akt ikinci dəfə yüklənə bilməz.

    Forma-2 faylının önbaxışı: obyekt, dövr və beş iş sətri həcm və məbləği ilə
  2. Hər iş üçün sement, armatur, kərpic və digər materiallar təsdiqlənmiş normalarla hesablanır. Hər normanın mənbəyi yazılır.

    Hər iş üçün material sərfi: norma × həcm, məsələn 26,6 × 120 = 3 192 ədəd mişar daşı
  3. Təsdiqə qədər anbar qalığı azalmır. İkiqat silgi mümkün deyil, səhv sənəd silinmir – səbəbi ilə ləğv olunur.

    Təsdiqdən əvvəl material ehtiyacı: lazım olan miqdar, anbardakı qalıq və silinəcək miqdar
  4. Silgi aktı imza yeri ilə A4 formatında yaranır. Anbar hesabatını və dövr icmalını bir düymə ilə yükləyirsiniz.

    Silgi aktı PDF: şirkət, obyekt, dövr və silinən materiallar məbləği ilə
  5. Alış, silgi və satış yazılışları jurnala düşür: ƏDV, əmək haqqı, əsas vəsaitlər və vergilər bir yerdə, ay bağlananda yoxlanır.

    Jurnal: alış qaimələri və silgi aktı debet və kredit hesabları ilə
Forma-2 faylının önbaxışı: obyekt, dövr və beş iş sətri həcm və məbləği ilə
Proqramın öz ekranları, nümunə şirkətin məlumatları ilə.

Öz obyektinizin sənədləri ilə yoxlayın

Bir Forma-2 faylı göndərin – demoda silgi aktının sizin materiallarınızla necə hazırlandığını göstərək.

Demo istə

Yeni versiya hazırdır

Proqramın yeni versiyası yayımlandı. “Yenilə” düyməsini basın – səhifə bir neçə saniyəyə yenilənəcək, heç nə yükləmək lazım deyil.

“Sonra” seçsəniz, 10 dəqiqədən sonra yenidən xatırladılacaq.